Əfsanəvi boksçunun oğlu “Arsenal”da – FOTO
Yaxın keçmişin məşhur boksçusu Devid Heyin oğlu Kinqston “Arsenal”ın gənclər akademiyasının oyunçusu olub.
Aut.az xəbər verir ki, bu barədə “GiveMeSport” məlumat yayıb.
Kiçik Hey “Arsenal”ın U13 komandasında oynayacaq. Boksçunun digər oğlu Kassius atasının yolunu davam etdirir.
David Hey iki çəki dərəcəsində keçmiş dünya çempionudur: ağır və super ağır çəkidə. O, peşəkar rinqdə ümumilikdə 32 döyüş keçirib, 28-də qalib gəlib, 4-də məğlub olub.
Aut.az

