Rəşad Sadıqov Şamaxıya niyə gedib? – FOTO
Azərbaycan Premyer Liqasının 8-ci turu çərçivəsində bu dəqiqələrdə “Şamaxı” – “Turan Tovuz” matçı keçirilir.
Aut.az xəbər verir ki, bölgə təmsilçilərinin oyununa böyük maraq var.
Matçı izləyənlər arasında “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov da var. “Qartallar”ın baş məşqçisi rəqiblərinin duelini izləmək üçün Şamaxı şəhəri stadionuna gəlib.
Qeyd edək ki, növbəti turda Sadıqovun rəhbərlik etdiyi komanda məhz “Turan Tovuz”un qonağı olacaq.

