Məşhur futbolçu ağır zədə aldı, karyerasını bitirir
David Silva peşəkar futboldan gedir.
Aut.az xəbər verir ki, “Real Sosyedad”ın 37 yaşlı yarımmüdafiəçisi bu həftə məşq zamanı ön çarpaz bağ zədəsi alıb. Bundan sonra o, karyerasını bitirməklə bağlı qərar verib.
Silvanın basklarla 2024-cü ilin iyun ayına kimi hesablanmış müqaviləsinə xitam veriləcəyi gözlənilir.
Qeyd edək ki, Silva “Mançester Siti” və “Valensiya”dakı çıxışı ilə məşhurlaşıb.
O, Premyer Liqanın 4 qat çempionudur, İspaniya millisinin tərkibində 2010-cu il Dünya Çempionatının, həmçinin Avro 2008 və 2012-nin qalibi olub.
