Çempionlar Liqası

ÇL: “Fənərbağça” İsveçrə səfərində

Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinə start veriləcək.

Aut.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Qarabağ” Cəbəllütariqdə “Linkoln”un qonağı olacaq. Günün digər oyunları arasında “Fənərbağça”nın İsveçrədə “Luqano” ilə qarşılaşması da maraq doğurur.

Ümumilikdə bu gün mərhələnin 11 görüşü baş tutacaq.

Çempionlar Liqası: II təsnifat mərhələsi, ilk oyunlar
23 iyul
19:00 Budyo-Qlimt (Norveç) – RFŞ (Latviya)
19:30 Paneveys (Litva) – Yagelloniya (Polşa)
20:00 Linkoln (Cəbəllütariq) – Qarabağ (Azərbaycan)
21:00 APOEL (Kipr) – Petrokub (Moldova)
21:00 Malmö (İsveç) – Klaksvik (Farer adaları)
21:30 Styaua (Rumıniya) – Makkabi (Təl-Əviv, İsrail)
22:00 Dinamo (Kiyev, Ukrayna) – Partizan (Serbiya)
22:00 Ferentsvaroş (Macarıstan) – TNS (Uels)
22:00 Santa Koloma (Andorra) – Midtyullan (Danimarka)
22:30 Luqano (İsveçrə) – Fənərbağça (Türkiyə)
23:00 Şemrok (İrlandiya) – Sparta (Praqa, Çexiya)