La Liqanı kim qazanacaq? – Əsas favorit bəllidir
“Klassiko”da 2:1 hesabı ilə qalib gələn madridlilər turnir cədvəlində “Barselona”dan 5 xal önə çıxıb.
Aut.az xəbər verir ki, bu oyundan sonra “Opta” “Real”ı La Liqada aşkar favorit hesab edir.
Superkompüter “Real”ın titul qazanma ehtimalını 68,9% qiymətləndirir. Bu, “Barselona”nın titul qazanma ehtimalından iki dəfə çoxdur – 25,7 faiz.
“Atletiko Madrid”in çempionluq şansı 3,4%, “Vilyarreal”ın isə kuboku qazanmaq şansı 1,4% təşkil edir. Digər komandaların şansları 1%-dən azdır.
Aut.az
