Türkiyəİspaniya

“Qalatasaray”ın prezidenti təsdiqlədi: “Real”ın futbolçusunu istəyirlər

“Qalatasaray”ın prezidenti Dursun Özbək klubun “Real”ın və Ukrayna millisinin qapıçısı Andriy Luninlə maraqlanmaları ilə bağlı iddialara münasibət bildirib:

Aut.az xəbər verir ki, o, yayılan informasiyaları təsdiqləyib:

“Fernando Muslera ilə bağlı vəziyyət hələ də qeyri-müəyyəndir. O, kuboklar qazandıqdan sonra qərar vermək istəyir.
Baş məşqçi Okan Burukla bu məsələni müzakirə edirik. Muslera getsə, Yanan Oblak və ya Lunin səviyyəsində qapıçı alacağıq. Biz bu qapıçıları izləyirik”.

Bu mövsüm Lunin “Real”ın heyətində bütün turnirlərdə 12 oyun keçirib, 19 qol buraxıb və 4 matçda qapısını təmiz saxlayıb. Onun müqaviləsi 2030-cu ilin yayına kimidir. Transfer dəyəri isə 20 milyon avrodur.

Aut.az