Dünya futbolu

Maradonanın həkimindən şok etiraf: Görün əməliyyatdan sonra başına nələr gəlib

Argentinalı keçmiş futbolçu Dieqo Maradonanın müalicə olunduğu klinikanın reanimasiya şöbəsinin müdiri Fernando Villarexo Buenos-Ayresdəki məhkəmədə ifadə verib.

Aut.az xəbər verir ki, o, Maradonaya əməliyyatdan sonra qeyri-sağlam yeməklər yeməyə, o cümlədən hamburgerlər sifariş etmək icazəsi verildiyini bildirib.

“Əməliyyatından sonra hər şeyə icazə verildi. O zaman baş verənlər biabırçılıq idi. Mən məsuliyyəti öz üzərimə götürürəm”, – deyə Villarexo bildirib.

O, əməliyyatdan sonra əfsanənin şəxsi həkimlərinin isə digər həmkarlarına onun vəziyyətini qiymətləndirməsinə icazə verilmədiyini qeyd edib. Bundan əlavə, Luke və Kosaçov Maradonanın klinikadan Tiqre şəhərindəki şəxsi evə köçürmək qərarına gəliblər.

Villarexo əlavə edib ki, Dieqonun əməliyyatı heç bir ilkin müayinələr aparılmadan həyata keçirilib və bir neçə gün sonra Luke nəzarət oluna bilməyən xəstə olduğu üçün ona alkoqol asılılığından xilas olmaq üçün sakitləşdirici dərmanlar verməyi əmr edib.

Maradonanı öldürməkdə təqsirləndirilən yeddi həkimin (Luke və Kosaçov da daxil olmaqla) məhkəməsi martın 11-də başlayıb. Məhkəmə 192 şahidin ifadəsini dinləməli və çoxlu sübutları: tibbi müayinələr və hesabatları, səs yazılarını, təqsirləndirilən şəxslər arasında yazışmaları araşdırmalı olacaq. Proses ən azı iyulun ortalarına qədər davam edəcək.

Qeyd edək ki, 1986-cı il Dünya Kubokunun qalibi 2020-ci ilin noyabrın 24-də 60 yaşında vəfat edib.