Çempionlar Liqası

“Qarabağ”ın potensial rəqiblərinin oyununda qonaqlar sevindi

Çempionlar Liqasında I təsnifat mərhələsinin oyunları keçirilir.

Aut.az xəbər verir ki, bu gün “Qarabağ”ın potensial rəqibləri olan “Hamrun” və “Linkoln” üz-üzə gəlib. Maltada baş tutan görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Komandalar arasında cavab oyunu 16 iyul tarixində təşkil olunacaq.

Qeyd edək ki, “Qarabağ” II təsnifat mərhələsində “Hamrun” – “Linkoln” cütün qalibi ilə qarşılaşacaq.