Dünya futboluÇempionlar Liqası

38 yaşında qol vurdu, ÇL-in tarixinə düşdü

Kiprin “Pafos” klubunun müdafiəçisi David Luiz UEFA Çempionlar Liqasının ümumi mərhələsinin 5-ci turunda fərqlənib.

Aut.az xəbər verir ki, 38 yaşlı futbolçu “Monako” ilə 2:2 hesabı ilə başa çatan oyunda qol vurub. O, qarşılaşmanın 18-ci dəqiqəsində komandasını hesabda irəli çıxarıb. Bu qol David Luizin 2017-ci ildən bəri Çempionlar Liqasında vurduğu ilk qol olub. Həmin vaxt o, “Çelsi”nin heyətində çıxış edirdi.

Bu qol sayəsində David Luiz Çempionlar Liqasının tarixinə turnirdə qol vuran ən yaşlı ikinci futbolçu kimi düşüb. Siyahının lideri 40 yaş 253 günlük ikən fərqlənən portuqaliyalı müdafiəçi Pepedir.

Braziliyalı futbolçu bu mövsüm “Pafos”a qoşulub.