İngiltərə

“Sonuncu dəfə nə vaxt ağrısız futbol oynadığımı xatırlamıram”

“Arsenal”ın hücumçusu Qabriel Jezus Çempionlar Liqasının 1/4 finalında “Bavariya”ya qarşı ilk oyun ərəfəsində maraq etiraf edib.

Aut.az xəbər verir ki, dizindən aldığı zədədən sonra yaranan problemlərdən danışıb:

“Sonuncu dəfə nə vaxt ağrısız futbol oynadığımı xatırlamıram. Ona görə şikayət edə bilmirəm. Mən sadəcə yaxşılaşmağa çalışıram ki, oynamağa hazır olum. Şəxsən fiziki durumum haqqında danışmaq istəmirəm.

Dünya çempionatından sonra dizimdən zədə aldım və yaxşı sağaldım. Lakin mövsümöncəsi oyundan sonra residiv oldu. 90 dəqiqə ardıcıl üç oyun keçirdim və yenə dizimdə ağrı hiss etdim.

Mən sadəcə hazır olmağa və mümkün qədər tez “Arsenal”a kömək etməyə çalışıram. Təəssüf ki, bəzi problemlərim olub və insanlar bunu həmişə görmürlər. Amma mental olaraq güclü olmağa çalışıram”