“Siti” yetirməsini geri qaytarır?
“Mançester Siti”nin yetirməsi, hazırda “Bayer Leverkuzen”də çıxış edən Ceremi Frimponq İngiltərəyə qayıda bilər.
Aut.az xəbər verir ki, bu barədə “Football Insider” məlumat yayıb.
Mançester təmsilçisi 34 yaşlı Kayl Uolkerin uzunmüddətli əvəzedicisini axtarır. Əsas namizəd 9 ill “Siti”nin akademiyasında çıxış edən niderlandlı futbolçudur. Onun İngiltərəyə qayıtma variantı olduqca real görünür.
“Şəhərlilər” üçün başqa bir seçim “Brentford”un 22 yaşlı müdafiəçisi Sepp van der Berqdir. Lakin Mançester klubunun prioriteti Almaniya çempionunun müdafiəçisidir.
Qeyd edək ki, Bu mövsüm Frimponq “Bayer””də səviyyəsində 16 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.
Aut.az
