İngiltərə

Premyer Liqa klubunun futbolçusu qəzaya uğradı

“Vest Hem”in hücumçusu Maykl Antonio avtomobil qəzasına düşüb.

Aut.az xəbər verir ki, hələlik yol qəzasının təfərrüatları açıqlanmır. Lakun klub futbolçusunun bu gün yol qəzası keçirdiyini təsdiqləyib. Yaxın vaxtlarda əlavə məlumat verəcəyini bildirib:

“Bütün klub üzvlərinin düşüncələri və duaları bu anda Maykl, ailəsi və dostları ilədir”.

Qeyri-rəsmi məlumatlara görə, futbolçu Epping yaxınlığında idman avtomobili ilə qəzaya uğradıqdan sonra helikopterlə xəstəxanaya aparılıb.

Qeyd edək ki, 34 yaşlı yamaykalı hücumçu Maykl Antonio cari mövsümdə “Vest Hem”in heyətində Premyer Liqada 14 matça çıxıb və 1 qol vurub.