İngiltərə

Qvardiola: Deyirdilər ki, Messiyə görə qalib gəlirəm

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola maraqlı açıqlama verib.

Aut.az xəbər verir ki, o, “Barselona”dakı uğurlarını Lionel Messinin adına bağlayanlara cavab verib:

“Bir çox insanın dediyini xatırlayıram: “O, qalib gəlir, çünki “Barselona”da Leo Messi və başqaları var. Qoy bunu İngiltərədəki nəticələri sübut etsin…” Dediyiniz oldu. Biz bunu bacardıq”.

Qeyd edək ki, 53 yaşlı mütəxəssis 2016-cı ildən “Siti”ni çalışdırır və “şəhərlilər”lə birlikdə 18 kubok qazanıb.

Aut.az