Əfsanənin adı Şöhrət Zalına daxil edilir: 1000-ci oyununa çıxacaq
Şotlandiyanın “Seltik” klubunun baş məşqçisi Martin O’Nill İngiltərə Liqa Məşqçiləri Assosiasiyasının Şöhrət Zalı hesab edilən “1000-lər klubu” siyahısına daxil edilib.
Aut.az xəbər verirk i, Bu təşkilat İngiltərə futbolu ilə bağlı olan mütəxəssisləri birləşdirir.
“Norviç”, “Lester”, “Aston Villa”, “Sanderlend” və “Nottingem Forest” klublarında çalışmış O’Nill peşəkar məşqçi karyerasında 1000-ci oyun həddinə çatmağa yaxındır.
Onun yubiley oyunu UEFA Avropa Liqasının pley-off mərhələsində Almaniyanın “Ştuttqart” klubuna qarşı keçiriləcək və fevralın 19-na təsadüf edəcək.
Martin O’Nill karyerası ərzində “Lester”i Premyer Liqaya yüksəldib və bu komanda ilə iki dəfə İngiltərə Liqa Kubokunu qazanıb. O, həmçinin “Seltik”lə üç dəfə Şotlandiya çempionu olub və 2003-cü ildə klubu UEFA Kubokunun finalına çıxarıb.
Aut.az
