“Fənərbağça”ya keçən Ederson “Siti” ilə belə vidalaşdı
“Fənərbağça”ya keçən “Mançester Siti”nin sabiq qapıçısı Ederson komanda ilə vidalaşıb.
Aut.az xəbər verir ki, onun sözlərini klubun mətbuat xidməti sitat gətirib.
“İlk növbədə, məşqçi və qapıçıların rəhbəri Xabier Mansisidora, mənə futbol haqqında çox şey öyrətdiyi üçün təşəkkür etmək istəyirəm.
Komanda yoldaşlarıma xüsusi təşəkkür edirəm. Hər matçda qalib gəlmək arzusu, məşqdə və paltardəyişmə otağında komanda işi hər günü unudulmaz etdi.
Və təbii ki, azarkeşlərə. Məni vətənimdən uzaqda, bu şəhərdə qarşıladığınız, mənim və ailəm üçün xüsusi olan bu inanılmaz dövrdə dəstək olduğunuz üçün təşəkkür edirəm.
Mən səkkiz il əvvəl Mançesterə ümidlə gəlmişdim, amma burada belə heyrətamiz vaxt keçirəcəyimi heç təsəvvür etməmişdim.
“Siti”də oynamaq karyeramın ən əlamətdar mərhələsi idi və mən həmişə bu klubun azarkeşi olaraq qalacağam. Həyat yoldaşım və uşaqlarımla gedirəm, amma burada böyük bir ailə qoyub gedirəm”, – Ederson deyib.
Ederson 2017-ci ildən bəri son 8 ildə “Mançester Siti”də çıxış edir.
Aut.az
