İngiltərə

“Arsenal”dan unikal rekord

 “Arsenal” Premyer Liqanın 24-cü turunda “Vulverhempton”a səfərdə qalib gələrək (2:0) tarixi uğura imza atıb.

Aut.az xəbər verir ki, “X” sosial şəbəkəsində “MisterChip”in məlumatına görə, Mikel Artetanın komandası səfərdə ardıcıl 21 qol vurub və öz qapısında top görməyib.

“Topçular”ın seriyası fevralın 11-də “Vest Hem”lə matçda (6:0) başlayıb. Daha sonra “Bernli” (5:0), “Şeffild Yunayted” (6:0), “Mançester Siti” ilə heç-heçə (0:0), “Brayton” (3:0) və “Vulverhempton” üzərində qələbələr olub.

Əvvəlki rekord “Çelsi”yə məxsus idi – 2008-ci ilin sentyabr-dekabr ayları arasında “zadəgənlar” səfərdə qol buraxmadan 20 qol vurub.

Aut.az