İngiltərə

Eşvort “Mançester Yunayted”də

Dan Eşvort “Mançester Yunayted”in yeni idman direktoru təyin edilib.

Aut.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. O, “aırmızı şeytanlar”a “Nyukasl”dan keçib.

53 yaşlı Dan Eşvort əvvəllər “Brayton”da texniki direktor, İngiltərə millisində inkişaf direktoru və “Vest Bromviç”də idman direktoru vəzifələrində çalışıb.

Dan 2022-2024-cü illərdə Moskva “Spartak”ında əvvəlcə idman direktoru, sonra isə texniki direktor kimi çalışmış Pol Eşvortun qardaşıdır.

Aut.az