Çempionlar Liqası

ŞOK İDDİA: Çempionlar Liqasının finalı ABŞ-da keçirilə bilər

2033-cü ildə Çempionlar Liqasının bir neçə oyunu, o cümlədən turnirin finalı ABŞ-da keçirilə bilər.

Aut.az xəbər verir ki, UEFA 2027-ci ildən etibarən ABŞ-ın “Relevent Sports” şirkəti ilə kişi klub yarışları üçün yeni kommersiya hüquqları müqaviləsi bağlamağı planlaşdırır. Bu barədə “The Independent” məlumat yayıb.

“Relevent Sports” uzun müddətdir ki, ABŞ-da böyük Avropa oyunlarını keçirməyə çalışan “Mayami Delfinləri” klubunun sahibi Stiven Rossa məxsusdur.

Hələ ötən ilin aprelində UEFA-nın avrokubok oyunlarının başqa qitələrdə keçirilməsini qadağan edən siyasətini dəyişməyi nəzərdən keçirəcəyi bildirib.

Aut.az