Dünya futbolu

Mbappe Messinin rekordlarını bir-bir əlindən alır

PSJ-nin futbolçusu Kilian Mbappe rekorda imza atıb.

Aut.az xəbər verir ki, fransalı hücumçu XXI əsrdə 25 yaşı tamam olmamış yüksək səviyyəli yarışlarda 300 qol vuran ilk futbolçu olub. O, 24 yaş 333 günündə bunu reallaşdırıb. Bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) məlumat yayıb.

Mbappeyə qədər əsrin rekordu argentinalı Lionel Messiyə məxsus idi. Hazırda karyerasını ABŞ-nin “İnter Mayami” klubunda davam etdirən son dünya çempionu 300-cü qolunu 25 yaş 125 günündə vurub.

Neymar bunu 25 yaş 235 günündə, Kriştianu Ronaldu isə 27 yaş 90 günündə reallaşdırıb.