Almaniya

Deputat tələb etdi: Onu qovun

Bundestaqın deputatı Yohannes Ştayniger “Bavariya” rəhbərliyini müdafiəçi Nussair Mazraouini İsraillə münaqişədə Fələstinə verdiyi dəstəyə görə klubdan qovmağa çağırıb.

“Nasistlərin “yəhudi klubu” adlandırdıqları Kurt Landauerin klubu (ən uzun müddətə bu vəzifədə çalışan “Bavariya”nın prezidenti, XX əsrdə çalışıb – red.) işin bu cür qalmasına icazə verə bilməz. Hörmətli “Bayern”, lütfən, onu dərhal qovun. Bundan əlavə, onun Almaniyadan çıxarılması üçün dövlətin bütün imkanlarından istifadə olunacaq”, – Ştayniger “X” sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.

Xatırladaq ki, Mazraoui daha əvvəl fələstinlilərə dəstəyini ifadə edərək, Mərakeş millisinin oyunçuları və məşqçilər heyətinin Afrika Kuboku matçları üçün bütün bonusları zərərçəkənlərə bağışlayacağını bildirmiş, həmçinin daha çox humanitar təşəbbüslər təşkil edəcəyinə söz vermişdi.

Aut.az