“Bavariya” onunla anlaşa bilmir, “Real” izləyir
“Bavariya” aparıcı müdafiəçi Alfonso Deyvis ilə danışıqları davam etdirir, lakin hələlik oyunçu ilə razılığa gələ bilmir.
Aut.az xəbər verir ki, futbolçunun müqaviləsi 2025-ci ilin ortalarında başa çatır. Onunla “Real” ciddi maraqlanır. Madrid komandası vəziyyəti diqqətlə izləyir.
Münhen nəhəngi onu müqavilə imzalamağa inandırmasa və pulsuz itirməmək üçün satarsa, “kral klubu” dərhal hərkətə keçəcək.
Bu mövsüm 23 yaşlı futbolçu 18 oyun keçirib və 3 məhsuldar ötürmə edib.
Aut.az
