Venger yenə fəlsəfə xırdaladı: Əgər bir çinli…
“Arsenal”ın sabiq baş məşqçisi Arsen Venger transfer bazarındakı hazırkı vəziyyətdən danışıb.
“İnanıram ki, dünyanın qloballaşması bir neçə klubda çoxlu pul cəmləşdirib. Bu bir neçə klub böyük potensiala malikdir və dünyanın qalan hissəsi Premyer Liqanı izləyir. Çində və ya Cənubi Afrikada bir oğlan səhər nə edir? O, “Ah, Premyer Liqa” deyə düşünür. Niyə? Çünki orada ən yaxşı futbolçular oynayır və bu, Premyer Liqanı daha da gücləndirir, bu isə o deməkdir ki, pulun az sayda klubda cəmləşməsi şişmiş bazar yaradıb. Dünyanın bütün ən yaxşı oyunçuları bir liqadadırsa və orada çinli futbolçu da varsa, bu o deməkdir ki, bütün Çin Premyer Liqaya baxacaq. Bu amil üstünlüyü daha da artırır.
Mənim yaratmaq istədiyim odur ki, məsələn, Anqolada da kifayət qədər yaxşı oyunçular var ki, öz ölkəsinin çempionatında çıxış edə bilirlər, yəni tamaşaçının seçimi olmalıdır.
“Bəli, mən hələ də Premyer Liqanı izləyəcəm, amma mənim liqamda da nəsə baş verir – oh, burada da yaxşı oyunçularımız var”. Beləliklə, çempionat tamaşaçının marağına səbəb olacaq”, – Venger deyib.
Aut.az
