İngiltərə

Arvadının yazdığı statusdan sonra onun yanına gəlib

“Çelsi”nin baş məşqçisi Maurisio Poçettino komandanın müdafiəçisi Tiaqo Silva ilə söhbət etdiyini bildirib.

Aut.az xəbər verir ki, Premyer Liqanın 23-cü turunda “Vulverhempton”a məğlubiyyətdən (2:4) sonra Silvanın həyat yoldaşı İzabella sosial şəbəkələrdə “dəyişiklik vaxtıdır” yazıb.

“Tyaqo bu gün danışmaq üçün yanıma gəldi. Söhbətin təfərrüatlarını açıqlamayacağam. Əsas odur ki, özü mənimlə danışmaq istəyib və bunu edib. Danışdıq. Bu, şəxsi söhbət idi”, – deyə Poçettino mətbuat konfransında bildirib.

London klubu hazırda İngiltərə çempionatında 11-ci yerdədir.

Aut.az