İngiltərə

“Nyukasl” ona qiymət kəsdi: 100 milyondan aşağı olmaz

 “Nyukasl” bossları mərkəz yarımmüdafiəçisi Bruno Gimaraeşi neçəyə sata biləcəkləri ilə bağlı qərar veriblər.

Aut.az xəbər verir ki, bu barədə jurnalist Əkrəm Konur “X” sosial şəbəkəsində (keçmiş Twitter) məlumat yayıb.

Mənbənin məlumatına görə, “sağsağanlar” braziliyalını ən azı 100 milyon avroya almaq istəyən istənilən klubdan təklif gözləyir.

26 yaşlı futbolçu üçün “Real Madrid” və PSJ-nin təklifləri davam edir. Hər iki klub qarşıdan gələn yay transfer pəncərəsində yarımmüdafiəçini almaq üçün cəhdlər edə bilər.

Gimaraeş 2022-ci ildən “Nyukasl”da oynayır. Bu mövsüm yarımmüdafiəçi bütün turnirlərdə 33 oyun keçirib, bir qol və altı məhsuldar ötürmə edib. Futbolçunun klubu ilə müqaviləsi 2028-ci ilin iyunun sonuna qədər qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 85 milyon avrodur.

Aut.az