İngiltərə

Özünü belə xarakterizə etdi: İndi elə bir vəziyyətdəyəm ki…

“Çelsi”nin yeni baş məşqçisi Liam Rosenior özünü mütəxəssis kimi xarakterizə edib.

Aut.az xəbər verir ki, “Çelsi”nin rəsmi saytı Roseniorun sözlərini sitat gətirib:

“Düşünürəm ki, tələbkar və dürüstəm. Qayğıkeşəm, komandama, oyunçularıma, işçilərimə qayğı göstərirəm. Dəqiq və təşkilatçıyam, komandanın necə oynamasını istədiyim barədə aydın təsəvvürüm var.

İndi elə bir vəziyyətdəyəm ki, qalib məşqçi kimi xatırlanmaq istəyirəm və bu, təkcə məndən asılı deyil. Bu, klubdan, oyunçulardan və heyətdən asılıdır.

Mənim işim insanların gördüklərindən zövq aldıqları bir atmosfer və mühit yaratmaqdır. Əgər işinizdən zövq alırsınızsa, daha yaxşı işləyirsiniz və daha yaxşı işləsəniz, nəticədə matçlarda qalib gəlirsiniz.

Beləliklə, əgər uğur qazansaq, bu, təkcə məndə asılı olmayacaq, mənim işim mütəşəkkil, sədaqətli, məqsədyönlü və klubumuzla fəxr etdiyimiz mühiti təmin etməkdir. Əgər siz bunları etsəniz, matçlarda qalib gələcəksiniz”, – mütəxəssis deyib.

Aut.az