Sensasion iddia: “Siti”dən getmək istəyir
“Mançester Siti”nin hücumçusu Ömər Marmuş komandasını dəyişmək haqda düşünür.
Aut.az xəbər verir ki, misirli futbolçu yanvarın əvvəlində “Bornmut”dan transfer edilən Antuan Semenyonun gəlişindən sonra oyun müddətini itirmək riski ilə üzləşib.
“Transfer News Live”ın jurnalist Ekrem Konura istinadən verdiyi məlumata görə, Marmuş qış transfer pəncərəsi bağlanmazdan əvvəl komandadan ayrılmağa hazırdır. 26 yaşlı futbolçu üçün əsas namizədlər “Aston Villa” və “Tottenhem” hesab olunur.
Ötən ilin əvvəlində “Mançester Siti” Ömər Marmuşu “Ayntraxt Frankfurt”dan 75 milyon avroya transfer etmişdi. Hücumçunun hazırkı transfer qiyməti “Transfermarkt”da 65 milyon avrodur.
Aut.az
