Mourinyo razılıq verdi: “Fənər” “Yunayted”in futbolçusunu alır
“Fənərbaxça” “Mançester Yunayted”in 25 yaşlı cinah oyunçusu Ceydon Sanço ilə maraqlanır.
Aut.az xəbər verir ki, Türkiyə klubu ingilis futbolçunun heyəti gücləndirə biləcəyinə inanır.
Bu barədə “Yeni Asr” məlumat yayıb.
Mənbənin məlumatına görə, “Fənərbağça”nın baş məşqçisi Joze Mourinyo “qırmızı şeytanlar”ın hücumçusunun potensial transferini təsdiqləyib. Mankunianların Sançoya 30 milyon avro dəyər verdiyi vurğulanır.
Ötən yay ingilis “Çelsi”yə icarə əsasında keçib. Bu müddət ərzində o, bütün turnirlərdə 40 matçda iştirak edib, 4 qol vurub, 10 məhsuldar ötürmə edib. Futbolçunun “Mançester Yunayted”lə müqaviləsi 2026-cı ilin yayına qədərdir.
Aut.az
