Millinin baş məşqçisi komandasını ruhlandırmaq üçün görün nə etdi: Futbolçulardan gizlin…
İsveç millisinin baş məşqçisi Qrem Potter komandası üçün qeyri-adi motivasiya üsulu seçib.
Aut.az “Fotbollskanalen”ə istinadən xəbər verir ki, mütəxəssis pley-off yarımfinalı ərəfəsində futbolçulardan gizli şəkildə onların ailələri ilə əlaqə saxlayıb və dəstək mesajları olan video müraciətlər hazırlamalarını xahiş edib. İngilis mütəxəssis görüşdən əvvəl oyunçulara həmin görüntüləri izlədib.
Bu addım öz nəticəsini verib. İsveç millisi qarşılaşmada 3:1 hesablı qələbə qazanaraq finala yüksəlib. Skandinaviya təmsilçisi həlledici oyunda 31 mart tarixində Polşa millisi ilə üz-üzə gələcək.
Komanda üzvləri matçdan sonra Qrem Potterin planını yüksək qiymətləndirib və yaxınlarından gələn səmimi mesajların onları ciddi şəkildə motivasiya etdiyini bildiriblər.
Aut.az
