İngiltərəİtaliya

“İnter”i “ürəyindən” vurmaq istəyirlər

“İnter”in aparıcı üzvlərindən biri olan Nikola Barella karyerasını İngiltərədə davam etdirə bilər.

Aut.az xəbər verir ki, “Nyukasl” İtaliya yığmasının üzvünü transfer etmək istəyir. “Sağsağanlar” yarımmüdafiəçi üçün 58 milyon avro ödəməyə hazırdırlar. Milan klubunun bu təklifə hansı cavabı verəcəyi maraqla gözlənilir.

“İnter”in döyünən ürəyi hesab edilən Barella başa çatan mövsümdə 52 oyunda meydana çıxıb. O, bu görüşlərdə 9 qol və eyni sayda ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Barellanın “İnter”lə 2026-cı ilin yayınadək müqaviləsi var.