İngiltərə

Əclaflar və fırıldaqçılar, hər şeydə amerikalılar günahkardır – “Yunayted”in əfsanəsi

“Mançester Yunayted”in əfsanəvi futbolçusu Andrey Kançelskis  komandadkı vəziyyətdən məyus olduğunu bildirib.

Ruben Amorimin yetirmələri Avropa Liqasının final oyununda “Tottenhem”ə uduzub (0:1).

Aut.az xəbər verir ki, Andrey bu barədə Rusiya mətbuatına danışıb.

“Maraqlı matç oldu. “Mançester Yunayted”in uduzması ayıbdır, amma “Tottenhem” müdafiə oyununda təsirli idi. Onlar italyan üslubunda oynadılar və layiqli qələbə qazandılar.

“Mançester Yunayted” üçün hazırkı vəziyyət fəlakətdir. Hər şeydə amerikalılar günahkardır: əclaflar və fırıldaqçılar. Onları kluba yaxın buraxmaq olmaz”, – Kançelskis deyib.

Aut.az