Azərbaycan futbolu

“Olimpiakos”da yeni baş məşqçi

“Olimpiakos”un yeni baş məşqçisi məlum olub.

Aut.az xəbər verir ki, Yunanıstan təmsilçisinin sükanı Karlos Karvahala tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə razılaşmanın detalları məlum deyil.

Karvahal daha əvvəl Türkiyədə “Beşiktaş”ı çalışdırıb.

“Olimpiakos” Yunanıstan SuperLiqasında 13 turdan sonra 28 xalla 4-cü sıradadır.