İngiltərə

“Siti”nin hücumçusu millinin oyununda zədələndi

“Mançester Siti”nin hücumçusu Omar Marmuş zədələnib.

Aut.az ESPN-ə istinadən xəbər verir ki, futbolçusu Misir millisinin Burkina-Faso ilə yoxlama görüşündə (0:0) diz bağlarından xəsarət alıb. Marmuş matçın cəmi 9-cu dəqiqəsində meydanı tərk etməli olub. Misir Futbol Federasiyası qısa açıqlama yayaraq, onun diz bağlarında problem yarandığını təsdiqləyib.

Bərpa müddəti hələ dəqiq bilinmir. Futbolçunun sentyabr 14 -də Premyer Liqanın 4-cü turunda “Mançester Yunayted”ə qarşı keçiriləcək derbidə iştirak edib-etməyəcəyi sual altındadır.

Qeyd edək ki, Marmuş bu mövsüm “şəhərlilər”in heyətində 3 oyunda iştirak edib və bir məhsuldar ötürmə ilə yadda qalıb.

Aut.az