İspaniya

“Barsa” onu “toxunulmaz” elan etdi – Satılmayacaq

“Barselona” rəhbərliyi Kataloniya klubunun cinah oyunçusu Ferran Torresin potensial transfer şərtlərindən asılı olmayaraq bu yay satılmayacağına qərar verib.

Aut.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.

Mənbənin sözlərinə görə, “blaugrana”nın rəhbərləri 23 yaşlı hücumçunun qol vurma instinktlərini və onun çox yönlülüyünü yüksək qiymətləndirirlər ki, bu da Torresə hücumda hər üç mövqedə oynamağa imkan verir. “Barselona” rəhbərliyi futbolçunun çempion zehniyyətini də qeyd edir.

Xatırladaq ki, bu mövsüm Torres bütün turnirlərdə 32 matçda iştirak edib, 11 qol vurub və 4 məhsuldar ötürmə edib. Futbolçunun müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, onun bazar dəyəri 35 milyon avrodur.

Aut.az