Dünya futbolu

Messi şou göstərdi – VİDEO

KONKAKAF Çempionlar Kubokunun 1/4 mərhələsini cavab oyunu çərçivəsində “İnter Mayami” doğma meydanda “Los Anceles”lə qarşlaşıb.

Aut.az xəbər verir ki, Florida klubu rəqibini 3:1 hesabı ilə məğlub edib. “İnter”in ulduz hücumçusu Lionel Messi üçün bu görüş olduqca məhsuldar alınıb. O, bu görüşdə 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

İlk oyunda “Los Anceles” 0:1 hesabı ilə məğlub olan “İnter Mayami” bu qələbə sayəsində yarımfinala vəsiqə qazanıb.