İngiltərə

“Yunayted” onu transfer edə bilmədi: Amorim qəzəblidir

“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim “qırmızı şeytanlar”ın yay transfer pəncərəsi zamanı “Atletiko Madrid”in yarımmüdafiəçisi Konor Qallageri transfer edə bilməməsindən sonra qəzəblənib.

Aut.az xəbər verir ki, bu barədə “TEAMtalk” məlumat yayıb.

Mənbənin məlumatına görə, portuqaliyalı mütəxəssis Qallageri i yarımmüdafiəçi Kobbi Mayninin əvəzedicisi kimi görüb.  O,  cari mövsümü başqa klubda icarə əsasında keçirmək istəyini ifadə edib. Burada müntəzəm oyun təcrübəsi alaraq DÇ-2026-da İngiltərə yığmasına dəvət almaq istəyirdi.

Amorimin “Mançester Yunayted”in Kobbinin icarə istəyini təmin etməməsindən məyus olduğu vurğulanır.

Qallager ötən mövsüm bütün yarışlarda 50 matçda iştirak edib, 4 qol vurub və 6 məhsuldar ötürmə verib. Futbolçunun əmək müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub.

“Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 40 milyon avrodur.

Aut.az