İspaniya

“Atletiko” əfsanəsi ilə müqaviləni uzatdı – FOTO

Madridin “Atletiko” klubu fransalı hücumçu Antuan Qrizmannla müqaviləni uzadıb.

Aut.az xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.

Müqavilə 30 iyun 2027-ci il tarixinədək qüvvədədir. Sövdələşmənin maliyyə şərtləri açıqlanmayıb.

Hücumçu “hindular”a 2014-cü ildə qoşulub. Doqquz mövsüm “Atletiko”da keçdikdən sonra, iki mövsüm “Barselona”da oynayıb.

O, 197 qolla klubun bütün zamanların bombardiridir.

Aut.az