Ulduz “dördlük” Ançelottini qəzəbləndirdi: Heyətdə dəyişiklik edə bilər
“Real”ın baş məşqçisi Karlo Ançelotti “Atletiko” ilə matçda (1:1) bəzi futbolçularının davranışına əsəbiləşib.
Aut.az xəbər verir ki, bu barədə “Footmercato” məlumat yayıb.
“Paltardəyişmə otağında italyan mütəxəssis dörd oyunçunu hədəf alaraq, özündən çıxdı: Kilian Mbappe, Cud Bellinqemam, Vinisius Junior və Rodriqo”, – mənbə iddia edib.
Ançelotti narazıdır ki, bu oyunçular “Real”ın hücumları zamanı diqqəti öz fərdi hərəkətlərinə yönəldirdilər və çox vaxt daha üstün mövqelərdə olan komanda yoldaşlarına məhəl qoymurlar.
Üstəlik, məşqçi müdafiə oyunundan narazı olub – hücuma keçən oyunçular ya ümumiyyətlə müdafiəyə qayıtmadılar, ya da çox ləng qayıdırlar.
Həmçinin bildirilir ki, Karlo komandadan onun sözlərinə cavab verməyi və növbəti matçlarda təkmilləşməyi tələb edir, əks halda start heyətində dəyişiklik edəcək.
Bu gün, fevralın 11-də, Bakı vaxtı ilə saat 00:00-da “Real” Çempionlar Liqasında “Mançester Siti” ilə oynayacaq.
Aut.az
