İspaniya

Etiraf etdi: İçimdəki alov söndü

“Barselona”nın hücumçusu Robert Levandovski 2023-cü ildə klub səviyyəsində çıxışına münasibət bildirib.

Aut.az xəbər verir ki, polyak hücumçu preformansından açıq-aşkar narazı olduğunu deyib.

“2023-cü ildə elə an oldu ki, özümü təkcə zehni deyil, həm də fiziki cəhətdən zəif hiss edirdim. Həmin il bütün mənfi amillər birləşdi və bir anda gəldi. Hər şey birləşdi. Təbii ki, səhvlərim olub. Özümü bir növ axın içində tapdım, oradan çıxmağım çox vaxt apardı. Futbolda isə bunu bir-iki həftəyə etmək asan deyil.

DÇ-2022 zamanı testlərdən keçdim və fiziki cəhətdən yaxşı olduğumu və irəliləməyə davam etdiyimi gördüm. Bu o deməkdir ki, məni hələ çox gözəl oyunlar gözləyir. Lakin 2023-cü ildə içimdəki alov söndü”, – Levandovski “Foot Truck”a müsahibəsində deyib.

Qeyd edək ki, bu mövsüm polşalı forvard “Barselona”nın heyətində bütün turnirlərdə 30 oyun keçirib, 13 qol vurub və 6 məhsuldar ötürmə edib.

Aut.az