İspaniya

Görün “Barsa” onun üçün necə müqavilə hazırlayır

“Barselona” yarımmüdafiəçisi Mark Bernal üçün yeni müqavilə hazırlamağa başlayıb

Aut.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat verib.

Mənbənin sözlərinə görə, yeni müqavilə 2029-cu ilin iyun ayına qədər qüvvədə olacaq. Yeni təzminat məbləği 500 milyon avro təşkil edəcək.

“Barselona” Bernala bu mövsüm üçün gələcək sabit maaşın bir hissəsi kimi ödəniləcək yeni müqavilə və bonuslar vəd edib.

İspaniya La Liqasının cari mövsümündə 17 yaşlı Mark Bernal 3 oyun keçirib. O, İspaniya çempionatının 3-cü turunun “Rayo Valyekano” ilə matçında (2:1) zədələnib. Markın sol dizinin ön çarpaz bağları qopub. Bu səbəbdən bir müddət “Barsa”ya kömək edə bilməyəcək.