Nəhənglər ulduz futbolçunu Avropaya qaytarmaq istəyirlər?
“Əl-Hilal”ın və Portuqaliya millisinin müdafiəçisi Joau Kanselo qış transfer pəncərəsində “İnter”ə keçə bilər.
Aut.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Məlumata görə, Milan klubu portuqaliyalı futbolçunun transferi ilə bağlı həm Səudiyyə Ərəbistanı təmsilçisi, həm də Kanselonun agenti Jorje Mendeşlə birbaşa danışıqlar aparır. Tərəflər icarə variantını müzakirə edirlər.
Kanselonun ətrafında yaranmış vəziyyəti “Yuventus” və futbolçunun daha əvvəl icarə əsasında çıxış etdiyi “Barselona” da yaxından izləyir.
Qeyd edək ki, Joao Kanselo cari mövsümdə Səudiyyə Ərəbistanı Pro Liqasında cəmi iki matça çıxıb və məhsuldar göstəricilərlə yadda qalmayıb.
