“Barselona”nın yetirməsi İran klubunda
İspaniyalı hücumçu Munir El-Haddadi “Esteqlal”a keçib.
Aut.az xəbər verir ki, bu barədə İran klubunun mətbuat xidməti məlumat yayıb.
30 yaşlı futbolçu ilə müqavilə 2027-ci ilin yayına qədər imzalanıb.
Keçən mövsüm El-Haddadi “Leganes”də oynayıb; La Liqada 25 oyunda 4 qol vurub. O, “Barselona”nın yetirməsidir.
Aut.az
