Dünya futbolu

Polis onları həbs edəcək

Afrika Millətlər Kubokuna ev sahibliyi edən Kot-d’İvuarda polis turnirin oyunlarına bilet satanları həbs edəcək.

Aut.az xəbər verir ki, bu barədə jurnalist Edit Brov Blue “X” sosial şəbəkəsində (keçmiş Twitter) məlumat verib.

“Polis sizi stadionun ətrafında bilet satarkən yaxalasa, həbs ediləcəksiniz. Risk etməyin!” – Brov Blue yazıb.

Xatırladaq ki, Afrika Kuboku bu gün, yanvarın 13-də başlayır. Turnirin açılış oyununda Kot-d’İvuar və Qvineya-Bisau milliləri üz-üzə gələcək. Baş hakimin start fiti Bakı vaxtı ilə saat 00:00-da səslənəcək.

2024-cü il Afrika Millətlər Kubokunun final oyunu fevralın 11-də keçiriləcək. Turnir beş şəhərin altı stadionunda (Abidjan, Buake, Korhoqo, San Pedro, Yamoussoukro) keçiriləcək.

Aut.az