Dünya futbolu

PSJ-də ara qarışıb: Bu futbolçular Enrikeyə qarşı çıxdılar

PSJ-nin futbolçuları Usman Dembele , Presnel Kimpembe və Randal Kolo Muani ispan mütəxəssis Luis Enrikenin işindən narazıdırlar.

Aut.az xəbər verir ki, bu barədə jurnalist və “L’Equipe” insayderi Loic Tanzi sosial şəbəkələrdə məlumat verib.

Mənbənin məlumatına görə, PSJ-nin liderlərindən biri Usman Dembele parislilərin hazırkı taktikasını proqnozlaşdırıla bilən hesab edərək, Enrikenin oyun ideyalarına şübhə edir.

Bundan başqa, fransız hələ də başa düşə bilməyib ki, o, Çempionlar Liqasının “Arsenal”la oyununda (0:2) niyə heyətdən çıxarılıb. İspan çalışdırıcı da öz növbəsində Dembelenin oyuna münasibətindən, məşqə gecikməsindən əsəbiləşib.

Həmçinin bildirilir ki, Kimpembe və Kolo Muani tam hazır olmalarına baxmayaraq, oynamamalarını ədalətsizlik hesab edirlər.

PSJ 13 turdan sonra 33 xalla Fransa çempionatında birinci yerdədir. Çempionlar Liqasında komanda 5 oyun keçirərək 4 xal toplayaraq 26-cı yerdədir. Bu göstəricilər komandaya hazırda turnirin pley-off mərhələsinə yüksəlməyə imkan vermir.

Aut.az