Avropanın ən bahalı 10 klubu
Avropanın ən bahalı 10 futbol klubu müəyyənləşib.
Aut.az xəbər verir ki, reytinqi “Football Benchmark” müəyyənləşdirib.
Reytinqə 6,3 milyard avro dəyərində qiymətləndirilən “Real Madrid” başçılıq edir. “Mançester Siti” və “Mançester Yunayted” ilk 3-lüyə düşüb. Komandalar müvafiq olaraq 5,2 və 5,1 milyard avro qiymətindədirlər.
İlk onluğa həmçinin “Barselona”, “Bavariya”, “Liverpul”, “Arsenal”, PSJ, “Tottenhem” və “Çelsi” də daxil olub. Onların dəyəri 4,5-2,9 milyard avro arasında qiymətləndirilir.
Aut.az
