“Yunayted”in futbolçusu topu boş qapıya vura bilmədi – VİDEO
Oktyabrın 27-də Premyer Liqanın 9-cu turu çərçivəsində “Mançester Yunayted” səfərdə “Vest Hem”lə qarşılaşıb.
Aut.az xəbər verir ki, oyun 2:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.
“Mançester Yunayted”in müdafiəçisi Dioqo Dalot bu oyunda yüz faizlik qol şansını qaçırıb.
Bruno Fernandes ideal ötürmə ilə Dalotu qapıçı ilə üzbəüz qoyub. O, qapıçını keçsə də, topu boş qapıya göndərə bilməyib.
