Komanda əldən gedir: Onun isə yalnız bir iradı var
“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq Premyer Liqanın 9-cu turunda ” Vest Hem” ə məğlubiyyətdən (1:2) sonra fikirlərini bildirib.
“Çoxlu imkanlar yaratdıq, yaxşı futbol oynadıq, xüsusən də ilk hissədə. Komandamın topla və topsuz oyunu istədiyim kimi oldu/
Qol vurmalı olduğumuz halda 6-7 100%-li şansları saydım. Qol vurmamağımızdan başqa, komandaya heç bir tənqidim yoxdur”, – Ten Haq “Sky Sports”a bildirib.
9 turdan sonra “Mançester Yunayted” turnir cədvəlinin on dördüncü pilləsində qərarlaşıb.
Aut.az
