“Qara gecə”nin antirekordları
Ötən gün İngiltərə çempionatının 36-cı turunun matçında “Mançester Yunayted” “Kristal Pelas”a məğlub olub olub – 0:4.
Aut.az xəbər verir ki, bu, “qırmızı şeytanlar”ın tarixinə “qara gecə” kimi düşüb. Çünki biabırçı məğlubiyyət klub tarixində antirekordlar müəyyənləşdirib.
“Yunayted” bu mövsüm bütün yarışlarda 81 qol buraxıb. “Opta”nın məlumatına görə, bu, mankunianların bir mövsümdə 81 qol buraxdığı 1977-ci ildən bəri ən pis göstəricisidir.
“Squawka” isə başqa bir statistika paylaşıb. London səfərindəki darmadağın MY-nin cari Premyer Liqa mövsümündə 13-cü məğlubiyyəti olub ki, bu da Mançester klubunun Premyer Liqa tarixindəki antirekordudur.
Qeyd edək ki, ehtiyatda bir oyunu olan Mançester təmsilçisi 54 xalla 8-ci sırada qərarlaşıb. Komanda “Nyukasl” və “Çelsi” ilə birlikdə avrokuboklara vəsiqə uğrunda mübarizə aparır.
Aut.az
