Van Dayk da üsyan etdi
“Liverpul”un mərkəz müdafiəçisi Vircil van Dayk açıqlama verib.
Aut.az xəbər verir ki, o, İngiltərədəki gərgin təqvimdən şikayətlənib:
“İngiltərədə təqvim çox sıxdır. Oyunçulara yaxşı maaş verilir, amma bu, sağlamlığımız hesabına olmamalıdır. Biz getdikcə daha çox oynayırıq. Futbolçular bu barədə danışmağa başlamalıdırlar”.
Qeyd edək ki, Bu mövsüm 32 yaşlı müdafiəçi bütün turnirlərdə 7 oyun keçirib və iki məhsuldar ötürmə edib.
