Şahmat

Azərbaycanlı şahmatçı dünya çempionu oldu

Azərbaycan şahmatçısı Gövhər Beydullayeva İtaliyada gənclər arasında keçirilən dünya çempionatında birinci yeri tutub.

Aut.az xəbər verir ki, o, rapid növündə 11 turdan sonra 9 xal toplayaraq bütün rəqiblərini qabaqlayıb.

Məhəmməd Muradlı isə 6.5 xalla 8-ci olub.

Dünya çempionatı blits növü üzrə yarışlarla davam edəcək.