Türkiyə

Türkiyə nəhəngləri onun üçün yarışır

“Aston Villa”nı qışda tərk edəcək ilk futbolçu bəlli olub.

Ait.az xəbər verir ki, yarımmüdafiəçi Yuri Tilemans yanvarda komandasını dəyişmək üçün rəhbərliyə müraciət edib.

Baş məşqçi Unai Emeri ilə yola getməyən 26 yaşlı futbolçu mövsümün əvvəlində “Lester”dən Birmingem təmsilçisinə keçib. Müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulan yarımmüdafiəçinin xidmətində Türkiyə klubları da maraqlıdır.

Tilemansın adı “Qalatasaray”ın heyətinə qatmaq istədiyi futbolçular siyahısında birincidir. “Fənərbağça” da belçikalı yarımmüdafiəçini uzun müddətdir izləyir..

Qeyd edək ki, bu mövsüm “Aston Villa” formasıyla 13 matçda iştirak edən Tilemans fərqlənə bilməyib.